Serbiya Belqrad Turu — Yeni İldən Sonra, 7–10 Yanvar 2027
Ümumi baxış
Belqrad turu Bakıdan — 7–10 yanvar 2027
Tarixin, Avropa memarlığının və canlı şəhər atmosferinin qovuşduğu Belqrad sizi gözləyir! Küçələrində gəzin, möhtəşəm mənzərələrdən zövq alın, yerli mətbəxi kəşf edin və qış tətilinizi unudulmaz xatirələrlə zənginləşdirin. King Travel-in bu turu 07.01.2027 – 10.01.2027 tarixlərindədir: 3 gecə / 4 gün. AirSerbia ilə gediş-dönüş uçuş, 8 kq əl yükü, seçdiyiniz oteldə yerləşmə, səhər yeməyi daxil qidalanma, transfer və səyahət sığortası paketə daxildir. Qiymət oteldən asılıdır və 2 nəfərlik otaqda 1 nəfər üçün 645 USD-dan başlayır.
Belqrad otelləri və qiymətlər
| Otel | Qiymət (1 nəfər) |
|---|---|
| Hotel Radisson RED Belgrade 4* | 645 USD-dan |
| Central Point Hotel 4* | 665 USD-dan |
| Hotel Mona Plaza Belgrade 4* | 716 USD-dan |
| Hotel Mama Shelter Belgrade 4* | 768 USD-dan |
| Moxy Belgrade 4* | 908 USD-dan |
Qiymətlər 1 nəfər üçün, 2 nəfərlik otaqda yerləşmə əsasında hesablanıb.
Tur paketinə daxildir
- AirSerbia ilə gediş-dönüş aviabiletlər
- 8 kq əl yükü
- Seçilmiş oteldə yerləşmə
- Qidalanma (səhər yeməyi daxil)
- Hava limanı – otel – hava limanı transferi
- Səyahət sığortası
Qiymətə daxil deyil
- Proqramdan kənar əlavə ekskursiyalar
- Şəxsi xərclər
Ödəniş
Tur paketlərini və aviabiletləri cəmi bir şəxsiyyət vəsiqəsi ilə kreditlə əldə edə, ödənişi hissə-hissə edə bilərsiniz. Qiymətlər seçilən tarixə görə dəyişə bilər, paket qiymətləri günün məzənnəsinə uyğun hesablanır. Yerlər və qiymətlər məhduddur.
Yeni ili Belqradda qarşılamaq istəyirsiniz?
Yeni il gecəsi üçün Belqrad Yeni il turumuza baxın.
Serbiyaya viza lazımdırmı?
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin siyahısına görə Azərbaycan vətəndaşları Serbiyaya 90 günədək vizasız gedə bilər.
Vizasız gedə biləcəyiniz digər ölkələr üçün Azərbaycan vətəndaşları üçün vizasız ölkələr yazımıza baxın.
Sorğunuzu aşağıdakı forma vasitəsilə göndərə bilərsiniz.
Yanvarda Belqrad
7–10 yanvar 2027: AirSerbia ilə uçuş, 4* otel, transfer, sığorta — 645 USD-dan.

