Maldiv Turu — Xəyal Kimi Tətil, 31 Yanvar – 5 Fevral 2027
Ümumi baxış
Maldiv turu Bakıdan — 31 yanvar – 5 fevral 2027
Sonsuz okean mənzərələri, qar kimi ağ qumlu çimərliklər, firuzəyi sular və tropik adaların sehrli atmosferi — bu qış özünüzə unudulmaz Maldiv tətili hədiyyə edin! King Travel-in bu turu 31.01.2027 – 05.02.2027 tarixlərindədir (+1 gün gediş): 5 gecə / 6 gün. Flydubai ilə Bakı – Dubay – Maldiv adaları tranzit uçuşu, baqaj və əl yükü, seçdiyiniz oteldə yerləşmə, səhər yeməyi daxil qidalanma, transfer və səyahət sığortası paketə daxildir. Qiymət oteldən asılıdır və 2 nəfərlik otaqda 1 nəfər üçün 1513 USD-dan başlayır.
Maldiv otelləri və qiymətlər
| Otel | Qiymət (1 nəfər) |
|---|---|
| Barceló Nasandhura Malé 5* | 1513 USD-dan |
| Malahini Kuda Bandos 4* | 1613 USD-dan |
| Sheraton Maldives Full Moon Resort & Spa 5* | 1910 USD-dan |
| Kandima Maldives 5* | 2097 USD-dan |
| Hard Rock Hotel Maldives 5* | 2179 USD-dan |
Qiymətlər 1 nəfər üçün, 2 nəfərlik otaqda yerləşmə əsasında hesablanıb.
Tur paketinə daxildir
- Flydubai ilə gediş-dönüş aviabiletlər (Dubay tranziti ilə)
- Baqaj və əl yükü
- Seçilmiş oteldə yerləşmə
- Qidalanma (səhər yeməyi daxil)
- Hava limanı – otel – hava limanı transferi
- Səyahət sığortası
Qiymətə daxil deyil
- Proqramdan kənar əlavə ekskursiyalar
- Şəxsi xərclər
Ödəniş
Tur paketlərini və aviabiletləri cəmi bir şəxsiyyət vəsiqəsi ilə kreditlə əldə edə, ödənişi hissə-hissə edə bilərsiniz. Qiymətlər seçilən tarixə görə dəyişə bilər, paket qiymətləri günün məzənnəsinə uyğun hesablanır. Yerlər və qiymətlər məhduddur.
Maldivlərə başqa tarixdə
Sevgililər Günü üçün fevral səfərinə Maldiv turumuzda baxın. Ada seçimində tərəddüd edirsinizsə, Maldiv, yoxsa Zanzibar? yazımızı oxuyun.
Maldivlərə viza lazımdırmı?
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin siyahısına görə Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu ilə Maldiv Respublikasına 90 günədək vizasız gedə bilər.
Vizasız gedə biləcəyiniz digər ölkələr üçün Azərbaycan vətəndaşları üçün vizasız ölkələr yazımıza baxın.
Sorğunuzu aşağıdakı forma vasitəsilə göndərə bilərsiniz.
Maldivlərdə tətil
31.01–05.02.2027, 5 gecə: Flydubai ilə uçuş, otel, transfer, sığorta — 1513 USD-dan.

